Ermənistan xarici işlər nazirinin müavini Rusiya paytaxtında keçiriləcək danışıqlar məsələsini şərh edib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan xarici işlər nazirinin müavini Paruyr Hovhannisyan bildirib ki, Ermənistan və Rusiya xarici işlər nazirləri Ararat Mirzoyan və Sergey Lavrovun görüşü mayın 19-da Moskvada baş tuta bilər.
Onun sözlərinə görə, görüş Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında danışıqların növbəti raundu çərçivəsində keçirilə bilər.
“Mayın 19-da baş tutacaq görüş dəqiqləşdirilib, lakin xarici işlər nazirlərinin üçtərəfli formatda, yoxsa ayrı-ayrılıqda görüşəcəyi hələ məlum deyil”, – Hovhannisyan qeyd edib.
Tribuna.az









