Bu siniflər üzrə müəllimlərin işə qəbulu imtahanı başladı

Bu siniflər üzrə müəllimlərin işə qəbulu imtahanı başladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 12-si peşə təmayüllü siniflər üzrə müəllimlərin işə qəbulu imtahanı keçirilir.

Tribuna.az xəbər verir ki, imtahan bu gün saat 10:00-da başlayıb və 150 dəqiqə davam edəcək. İmtahanda namizədlərə ümumilikdə 60 test sualı təqdim olunur. Maksimum nəticə 100 baldır.

Qrup rəhbəri vakansiyası üzrə imtahan üç istiqaməti əhatə edir. Namizədlərə dünyagörüşü, informasiya-kommunikasiya texnologiyaları və metodiki istiqamətlərin hər biri üzrə 20 olmaqla, ümumilikdə 60 sual təqdim edilir.

İxtisas müəllimi vakansiyası üzrə isə imtahan əməyin təhlükəsizliyi, metodiki hazırlıq və ixtisas istiqamətləri üzrə suallardan ibarətdir.

Qeyd edək ki, peşə təmayüllü siniflərin əsas məqsədi X–XI sinif şagirdlərinin müxtəlif peşə istiqamətləri üzrə ilkin bilik və bacarıqlar əldə etməsinə şərait yaratmaq, onlarda sahibkarlıq bacarıqlarını inkişaf etdirmək və əmək bazarının tələblərinə uyğun kadr hazırlığına töhfə verməkdir.