Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzv olan altı ölkə vahid turist vizasının tətbiqinə hazırlaşır.
Tribuna.az xəbər veirr ki, BƏƏ-nin “Khaleej Times” qəzetinin məlumatına görə, bunu KƏŞ-in baş katibi Casim Məhəmməd Əl-Budaivi açıqlayıb.
Onun sözlərinə görə, “yaxın gələcəkdə” həyata keçiriləcək layihə xarici vətəndaşların region ölkələri arasında səyahətini asanlaşdıracaq. Vahid vizanın Şengen vizasına bənzər formatda olması nəzərdə tutulur.
Əl-Budaivi vizanın dəqiq tətbiq tarixini, qiymətini, əldə edilməsi qaydalarını və etibarlılıq müddətini açıqlamayıb.
Qeyd edək ki, vahid turist vizası layihəsi KƏŞ-ə üzv bütün ölkələr tərəfindən təsdiqlənib. Layihənin tətbiqi ilə region ölkələrinin daxili işlər nazirlikləri məşğul olur.
KƏŞ-ə Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı daxildir.









