BU ÖLKƏ GENİ DƏYİŞDİRİLMİŞ KOLBASALARA START VERDİ

BU ÖLKƏ GENİ DƏYİŞDİRİLMİŞ KOLBASALARA START VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Qida və Dərman İdarəsi (FDA) geni dəyişdirilmiş donuz əti kolbasalarının qida tədarükünə daxil olmasını təsdiqləyib.

Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, sözügedən məhsul Vaşinqton Dövlət Universitetində iki yaşlı geni dəyişdirilmiş donuzların ətindən hazırlanıb.

Prof. Con Oatley tərəfindən idarə olunan komanda ətin keyfiyyətini, eləcə də mal-qaranın sağlamlığını və davamlılığını yaxşılaşdırmaq üçün “CRISPR” texnologiyasından istifadə edir.

İstənilən toxumdan alınan kök hüceyrələr sayəsində surroqat ata donor donuzun genetik xüsusiyyətlərinə malik sperma istehsal edir.

Oatley ümid edir ki, geni dəyişdirilmiş donuzlar və onlardan hazırlanan kolbasa ABŞ-da qida sistemlərini yaxşılaşdıracaq.

Digər tərəfdən, ictimaiyyət arasında geni dəyişdirilmiş qidalara inamsızlığın olduğu da məlumdur.

Oatley və komandası FDA-nın təsdiqi sayəsində bu inamsızlığı aradan qaldırmağa ümid etdiklərini bildirib.

“Bu heyvanların yetişdirilməsində əsas məqsəd insanların qidalanma tərzini yaxşılaşdırmağa çalışmaqdır”, – deyə tədqiqatçı bildirib.