Evinizdə təmizlik məhsullarından ətirli şamlara qədər bir çox məhsul ciddi sağlamlıq problemlərinə gətirib çıxara bilər.
Tribuna.az “Sabah” nəşrinə istinadən xəbər verir ki, pandemiyadan bəri qapalı mühitlərdə istifadə edilən bir çox fərqli məhsul əslində məkanda havanı çirklənməsinə səbəb olur.
Avtomobillər, təyyarələr və ya fabriklər dedikdə, havanın çirklənməsi tez-tez ağla gəlsə də, bundan daha çox təhlükə saçan məhsullar var.
Xüsusilə də qapalı məkanlarda olan bu zərərverici məhsullar ağciyər xəstəlikləri, ürək xəstəlikləri və hətta insulta da səbəb ola bilər.
Siyahıda birinci yerdə kaminlər var. Xüsusilə də kaminlər yandığı zaman təhlükə saçır. Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinə görə; Kamindən ətrafa yayılan bu kimi incə, kiçik hissəciklər ağciyərlərinizə və hətta qanınıza qarışa bilər. Hətta ağciyər xərçənginə də səbəb ola bilər.
Digər riskli məişət əşyaları arasında ətirli şamlar və buxarlanan çubuqlar yer alır. Bu məhsullar da yanan zaman ətrafa kiçik toz hissəcikləri yayır ki, bu da 100 qat daha çox hissəciklərin orqanizmimizə nüfuz etməsinə səbəb olur.
Buxar çubuqlarını və şamı yandırmazdan əvvəl otağın havalandırılmasından əmin olmalısınız.
Növbəti təhlükə isə evlərinizi, divanlarınızı, mebellərinizi təmizlədiyiniz təmizlik ləvazimatlarıdır ki, bu da eyni dərəcədə orqanizm üçün böyük təhlükə saçır.
Mütəxəssislər həmçinin dezodorantlar və saç lakları kimi aresolların tənəffüs yollarını qıcıqlandıra bilən üzvi birləşmələr ola biləcəyini söyləyib.
Mütəxəssislər bildirir ki, evdə bunların hamısından qaçmaq qeyri-mümkündür. Lakin siz onlardan istifadəni minimuma endirməklə, çoxlu ev bitkilərinə sahib olmaqla və otaqları yaxşı havalandırmaqla sağlamlığınızı və evinizi qorumuş olarsınız.











