Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” İngiltərədə “Nyukasl”ın qonağı olacaq.
Tribuna.az xəbər verir ki, “Sent-Ceyms Park” stadionunda keçiriləcək qarşılaşmanın start fiti Bakı vaxti ilə saat 00:00-da səslənəcək.
Görüşü italiyalı FIFA referisi Davide Massa idarə edəcək.
“Sağsağanlar” Bakıda baş tutan ilk matçda 6:1 hesablı qələbə qazanıb.
Sənan Məmmədli









