Azərbaycan Beynəlxalq Bankı balansında olan nəqliyyat vasitələrini satır. Bank avtomobillərinin satılması üçün hərrac təşkil ediləcək.
Tribuna.az xəbər verir ki, əksəriyyəti minik maşını olan hərraca bank tərəfindən ümumilikdə 32 avtomobil təqdim edilib. Onlar arasında yük avtomobili, sprinter də var.
Bir bankın balansında bu qədər avtomobilin olması və eyni gündə 32 avtomobilin hamısının satışa çıxarılması maraq doğurub.
Bankın müraciəti ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti 7 iyun tarixində tarixində açıq hərrac keçirəcək. Hərraca təqdim edilən avtomobillərdən ən bahlısı 22 min manatdır.










