BRAZİLİYA PREZİDENTİ ZELENSKİ İLƏ GÖRÜŞDƏN İMTİNA ETDİ

BRAZİLİYA PREZİDENTİ ZELENSKİ İLƏ GÖRÜŞDƏN İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Braziliya prezidenti Luiz İnasiu Lula da Silva, Fransa prezidenti Emmanuel Makronun xahişinə baxmayaraq, G7 sammiti çərçivəsində Xirosimada Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşməkdən imtina edib.

Tribuna.az xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Braziliya prezidenti ilə görüşün baş tutmamasından soruşduqda, Zelenski bunları deyib.

“Kimsə üzülməlidirsə, o, Braziliya prezidentidir”.

Eyni zamanda, jurnala müsahibə verən Braziliya rəsmiləri Lula da Silvanın Zelenskinin görüş təklifini rədd etmədiyini, “tərəflərin iş qrafiklərinin sadəcə olaraq üst-üstə düşmədiyini” bildiriblər.

Onların sözlərinə görə, Braziliya prezidenti bazar günü, Ukraynanın təklif etdiyi vaxtda Zelenski ilə görüşməyə hazır olub, lakin liderlər görüşməyib.