Mayın 22-23-də Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Doçerti Ermənistana səfər edəcək.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Mayın 22-də ER xarici işlər naziri Ararat Mirzoyan və Leo Doçerti ER XİN-də görüşəcək, bundan sonra birgə mətbuat konfransı keçiriləcək.









