ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez ABŞ Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri Samanta Paueri qınayıb və deyib ki, USAID Dağlıq Qarabağda ermənilərin üzləşdiyi humanitar böhrana reaksiya verməkdə çox ləngdir.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Amerikanın “Hay Dat” Komitəsinin yaydığı dinləmələrin videolarına istinadən xəbər verir.
“Biz hadisələrə daha tez reaksiya verməli, onların kök səbəblərini də həll etməliyik”, -Menendez bildirib.









