BMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”

BMT rəsmisi: “İranda bu il 209 nəfər edam edilib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“İranda bu ilin əvvəlindən hakimiyyət orqanları 209 nəfəri edam edib”.

Tribuna.az “Report”a istinadən xəbər verir ki, bunu BMT-nin İnsan Haqları Bürosunun nümayəndəsi Ravina Şamdasani Cenevrədə keçirdiyi brifinq zamanı deyib.”BMT-nin insan haqları üzrə komissarı Folker Türk bu il İranda edamların sayının qorxulu dərəcədə çox olmasından narahat olduğunu bildirib”, – o söyləyib.

R.Şamdasani qeyd edib ki, İranda hər həftə orta hesabla 10-dan çox adam edam edilib. Hökmlərin əksəriyyəti narkotiklə əlaqəli cinayətlərə görə olub.