Vaşinqtonda ABŞ dövlət katibinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli və ikitərəfli görüşləri keçirilib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə görüşü şərh edərkən, “dialoq davamlı sülhə nail olmağın açarıdır” deyib.
Blinken bildirib ki, “Dialoq Cənubi Qafqaz regionunda davamlı sülhə nail olmaq üçün açardır”.
Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan xarici işlər nazirləri Entoni Blinken, Ceyhun Bayramov və Ararat Mirzoyanın görüşü keçirilib. Bundan sonra Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ikitərəfli görüş keçirib.
Qeyd edək ki, Mirzoyan və Bayramov Blinkenlə ayrı-ayrılıqda görüşüb, daha sonra onun iştirakı ilə üçtərəfli görüş keçiriblər. Görüşlər Vaşinqtonda keçirilib.









