Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində bahalaşma qeydə alınıb.
Tribuna.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 1,88% artaraq 86 404,32 ABŞ dollarına yüksəlib. Kriptovalyuta son 7 gündə 3,81%, son 30 gündə isə 8,54% bahalaşıb.
“Ethereum” 1,26% bahalaşaraq 2 726,96 dollara, BNB 1,69% artaraq 796,88 dollara, “Zcash” 2,29% yüksələrək 1 335,91 dollara çatıb. “Monero” 0,54%, “Bitcoin Cash” isə 0,66% bahalaşıb. “Bittensor” isə 0,71% ucuzlaşaraq 302,98 dollara enib.
Qızıl əsaslı “PAX Gold” (PAXG) 0,06% bahalaşaraq 4 151 dollara yüksəlib. “Tether Gold” üzrə göstərici təqdim olunan siyahıda yer almayıb.









