“Bitcoin” uculaşdı

“Bitcoin” uculaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb.

Tribuna.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin”in qiyməti son 24 saatda 0,50% azalaraq 85 578,17 ABŞ dollarına enib. Bununla belə, kriptovalyuta son 7 gündə 3,02%, son 30 gündə isə 6,97% bahalaşıb.

“Ethereum” 0,46% ucuzlaşaraq 2 701,20 dollara, BNB 1,30% azalaraq 781,40 dollara, “Bitcoin Cash” isə 1,68% geriləyərək 314,47 dollara enib. “Solana”nın qiyməti də 0,24% azalaraq 120,13 dollar təşkil edib.

Bununla yanaşı, “Zcash” 0,95% bahalaşaraq 1 343,16 dollara, “Monero” 3,23% artaraq 562,99 dollara, “Bittensor” isə 0,14% yüksələrək 301,81 dollara çatıb.

Qızıl əsaslı “PAX Gold” (PAXG) 0,25% ucuzlaşaraq 4 137,53 dollara enib. “CoinMarketCap 20” indeksi isə son 24 saatda 0,63% azalaraq 177,17 bənd təşkil edib.

Ümumilikdə kriptovalyuta bazarının kapitallaşması 0,35% azalaraq 2,91 trln. dollara enib.