Azərbaycan Beynəlxalq Bankı cüzi borca görə müştəriyə heç bir məlumat göndərmədən onu polisə verib.
Tribuna.az yazır ki, hadisə Zaur Ağahüseynov adlı şəxsin başına gəlib. Şikayətçi bildirib ki, bankın şikayəti əsasında onu polislər bölməyə aparıb:
“Mən dünən ASAN Xidmətdə arayış aldığım vaxt məni Xətai Rayon Polis İdarəsinin əməkdaşları tutub apardılar ki, siz axtarışdasız. Məni təhvil verdilər Xətai rayon məhkəməsinin icra şöbəsinə. Orada mənə bildirdilər ki, səni Beynəlxaq Bank kredit borcuna görə axtarışa verib. Məndə sistemdə nə gecikmə, nə də faiz görsənir. Ümumi borc 299 manat göstərir. Hətta mənə dedilər ki, 462 manat borc var. Əgər sistemdə problem varsa, niyə zəng etmirlər və məlumat vermirlər. Mənim orada bütün ailə üzvlərimin nömrəsi var. Heçkimə xəbər, bildiriş etmədən məni məhkəməyə verirlər. Sistemdə problem varsa, bu mənim günahımdır?
Sonuncu dəfə 91 manat çıxarış etmişəm. Məni axtarışa isə 5 mayda veribler. Əgər məndə faiz, gecikmə var idisə, niyə kartdan 91 manat çıxara bilmişəm”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Tribuna.az










