Şikayətim “Bazarstore” marketlər şəbəkəsindəndir. Marketdə sizə kömək edəcək əməkdaş tapmaq olmur. Market işçiləri əvəzinə firma işçiləri dayanıb və nəsə soruşmaq istəyən kimi adama sifət edirlər, kobud formada reaksiya verib xidmət göstərmirlər.
Tribuna.az xəbər verir ki, bu barədə şikayətçi Lamiyə Şirinova social şəbəkədə yazıb. Kobud rəftarla qarşılaşan şikayətçi bildirib ki, marketdə müştəriyə xidmət ən aşağı səviyyədədir:
“ “Bazarstore”un “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığında yerləşən filialına alış-veriş üçün daxil oldum. Ət və ət məhsulları satılan bölmədə alış-veriş etmək istəyirdim. Mağazanın öz əməkdaşlarını ümumiyyətlə tapmaq olmur, yığıblar firma işçilərini, söz soruşursan cavablamır, xidmət etmir, sifət edə-edə cavablayır. Firma işçisi mağaza əməkdaşını çağırıb “bına bax” deyib məni göstərir. Ya bu əti, balığı hazır paket edin götürüb gedək, ya da bu hissələrə əməkdaş götürün və müştəriyə yanaşmanı öyrədin.
Adam işdən gəlir girir ki, evinə nəsə alsın qanı qaralır, heç nə almadan çıxır. Firma işçilərini formasız, əlcəksiz vermisiz bu bölməyə. Saç açıq, yalandan nəsə bəzək üçün dayanıblar. Gigiyenik deyil heç”.










