“Vaşinqtonda üç gün sülh danışıqlarının davam etməsi mətni razılaşdırmaqla bağlıdır”. Tribuna.az-a siyasi şərhçi Ramiyə Məmmədova belə deyib. Onun sözlərinə görə, xarici işlər nazirləri sülh mətnini 90 faiz razılaşdıra bilsələr, mayın ikinci yarısında ABŞ-da liderlər görüşə bilər.
Ekspert hesab edir ki, Qriqoryan əvvəldən sülh mətninin erməni redaksiyasının Bakıya təqdim olunmamasının səbəbini açıqlamışdı: “Demişdi ki, onsuz da Amerikada danışıqlar olacaq. Amma bu prosesə Kreml mane olmasa , əhəmiyyətli nəticələr ola bilər. Buna ümidim azdır. Moskva prosesi pozmağa çalışacaq”.










