İrəvanda baş verən insident ilk növbədə Ermənistanın özü üçün utancverici hal olmalı idi. Ermənistan canlı efirdə, Paşinyanın da iştirak etdiyi belə bir yarışın açılış törənində bayrağımızın yandırılması və üstəlik bunu törədən şəxsin də təşkilatçılardan olması ciddi faktdır.
Baş vermiş təxribat bir daha göstərdi ki, ölkələr arasında, xalqlar arasında bir-birinə qarşı nifrət var və proses sülh yolu ilə həll edilə bilməz.
Bu sözləri Tribuna.az-a siyasi şərhçi Turan Rzayev deyib. O qeyd edib ki, hətta bizim cəmiyyət sülhə hazır olsa belə, erməni xalqı buna hazır deyil:
“Ermənistan hər fürsətdə özünün iç üzünü göstərir, barbar və vəhşi olduğunu sübut edir. Bu cür xalq sülhün nə olduğunu da baş düşmür”.
T.Rzayev hesab edir ki, bu bilərəkdən və əvvəlcədən hazırlamış təxribat idi:










