ABŞ prezidenti Co Bayden türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla İsveçin NATO-ya daxil olması məsələsini müzakirə etdiyini, liderlərin bu məsələ ilə bağlı məsləhətləşmələri gələn həftə davam etdirəcəyini açıqlayıb.
Tribuna.az Reuters-ə istinadən xəbər verir ki, Bayden Ərdoğanla məsləhətləşmələr kontekstində İsveçin Şimali Atlantika Alyansına üzvlüyünün irəliləyişindən danışıb.
“Mən Ərdoğanla danışdım, Ərdoğanı yeni müddətə yenidən prezident seçilməsi münasibətilə təbrik etdim. Və o, hələ də F-16-larla bağlı razılaşmaq istəyir”, – deyə Bayden jurnalistlərə bildirib.
“Mən ona dedim ki, İsveçlə müqavilə bağlamaq istəyirik, gəlin bunu edək. Ona görə də biz yenidən əlaqə saxlayacağıq”, – Amerika lideri əlavə edib.









