BAYDEN G7 SAMMİTİNƏ GETMƏYƏCƏK – SƏBƏBİ AÇIQLADI

BAYDEN G7 SAMMİTİNƏ GETMƏYƏCƏK – SƏBƏBİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bayden dövlət borcu problemini “gündəmin ən vacib məsələsi” adlandırıb.

Tribuna.az Sputnik İnternational-a istinadən xəbər verir ki, ABŞ prezidenti Co Bayden ölkədə qala biləcəyini və mayın 19-21-də Xirosimada keçiriləcək G7 sammitində iştirak edə bilməyəcəyini etiraf edib.

G7 sammitinin evdəki maliyyə problemlərinə görə təxirə salınma şansının olub-olmaması ilə bağlı suala Bayden Yaponiyaya getməyə sadiq qaldığını, lakin dövlət borcu və mümkün defolt probleminin “ən vacib şey olduğunu” söyləyib.

Bayden bildirib ki, milli borc tavanının artırılması üzrə danışıqlar uğursuz olarsa, mümkün defolt ABŞ iqtisadiyyatı üçün dağıdıcı olacaq.

Qeyd edək ki, ABŞ-ın maliyyə naziri Janet Yellen daha əvvəl Konqresə məktub göndərərək bəyan etmişdi ki, hakimiyyət defolta səbəb ola biləcək milli borc tavanına nail olunması ilə bağlı fövqəladə tədbirləri iyunun 1-dək tükədə bilər.