ABŞ prezidenti Co Bayden Asiyaya səfər planını qısaldıb. o, Vaşinqtona planlaşdırıldığından tez qayıdacaq.
Tribuna.az-ın xəbərinə görə, Bayden administrasiyası bildirib ki, Ağ Evin rəhbəri respublikaçı liderlərlə danışıqları davam etdirmək və ABŞ borcu üzrə potensial fəlakətli defoltun qarşısını almaq niyyətindədir.
Bu gün Bayden G7 sammitində iştirak etmək üçün Yaponiyaya yola düşəcək, lakin oradan Papua Yeni Qvineya və Avstraliyaya uçmayacaq.
Bu səfərlər prezidentin Vaşinqtona mümkün qədər tez qayıtması zərurətinə görə ləğv edilib.
Ağ Evin bəyanatında deyilir: “Prezident Bayden Konqres liderləri ilə danışıqları davam etdirmək və Konqresin defoltun qarşısını almaq üçün, tədbir görməsini təmin etmək üçün G7 sammiti başa çatdıqdan sonra bazar günü ABŞ-a qayıdacaq”.
G7 sammitindən sonra Bayden ABŞ, Avstraliya, Yaponiya və Hindistanın qatılacağı Sidneydə keçiriləcək Dördtərəfli Təhlükəsizlik Dialoqu liderlərinin görüşünə qatılmalı idi.









