Amerika Birləşmiş Ştatlarının keçmiş liderlərindən Donald Tramp ABŞ-nin indiki prezidenti Baydeni “Amerika tarixinin ən pis prezidenti” adlandırıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, Trampın belə açıqlamasına səbəb Baydenin növbəti dəfə başqanlıq seçimlərinə namizədliyini verməsi olub. Tramp bildirib ki, bu qədər bacarıqsız bir başqanlıqla Baydenin yenidən seçilmək üçün namizəd olması dəhşətlidir.
“Amerika tarixinin ən pis 5 prezidentini bir araya gətirsək belə, bir neçə ildir Baydenin ölkəmizə verdiyi zərəri vura bilməzdilər. Bayden ABŞ-nin dünya səhnəsində nüfuzunu yerlə bir edib. Ölkəni Üçüncü Dünya Müharibəsinin astanasına gətirib”, deyə Tramp bildirib.
O, növbəti seçkilərdə Baydeni məğlub edərək yenidən qazanacağını bildirib.









