Türkiyənin Siirt şəhərində balıq ovlamaq üçün su kənarına gedən gənc dəhşətli mənzərə ilə qarşılaşıb.
Tribuna.az xəbər verir ki, gənc suyun içində hərəkətsiz vəziyyətdə uşaq meyiti görüb.
Hadisədən şoka düşən gənc həmin anları mobil telefonla lentə alaraq yaşadıqlarını danışıb.
Məlumat daxil olduqdan sonra əraziyə AFAD, təcili tibbi yardım və jandarma əməkdaşları cəlb olunub. Sudan çıxarılan uşağın həyatını itirdiyi müəyyənləşib.
Əraziyə təhlükəsizlik tədbirləri görülüb. Uşağın şəxsiyyətinin və ölüm səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma başlanılıb. Meyit ekspertiza və yarılma aparılması üçün morqa göndərilib.
Hadisə ilə bağlı istintaq davam edir.
Gülşən Rəsul









