BAKININ XANKƏNDİ ÜZƏRİNDƏKİ SİYASİ TƏSİRİNİN NƏTİCƏSİ…

BAKININ XANKƏNDİ ÜZƏRİNDƏKİ SİYASİ TƏSİRİNİN NƏTİCƏSİ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, Vardanyanın “vəzifəsindən” uzaqlaşdırılması Bakının əsas tələblərindən biri idi və bunun baş verməsi müəyyən nəticələri də ön plana çıxarır.

Tribuna.az yazır ki, bununla Bakının Xankəndi üzərində siyasi təsirinin hansı səviyyədə olduğu göründü.

“Həmçinin Qarabağdakı erməni əhali Bakının təsir gücünün əyani şəkildə şahidi oldu: Vardanyan erməni əhalisinə “pul buraxaraq” özünü “xilaskar” kimi göstərməyə başlamışdı, onun göndərilməsi əhali arasında Azərbaycanla hesablaşma məcburiyyətini artırır; həmçinin, “separatçı rejimin Rubeni göndərməklə Bakının tələbi icra olundu” rəyi erməni əhalisinin Araik və dəstəsinə inamını da azalda biləcək amildir;
Vardanyanı Rusiyanın belə “qoruya bilməməsi” separatçılarda da, erməni əhalisində də sülhməramlıların “təhlükəsizliyin qarantı” obrazını zəiflədir” deyə A.Nərimanlı bildirib.

Tribuna.az