Bir neçə gün əvvəl Bakı şəhəri ərazisində avtomobil qəzası nəticəsində xəsarət alan şəxs vəfat edib.
Tribuna.az-ın məlumatına görə, 20 yaşlı Cavad İsgəndərli həkimlərin səyinə baxmayaraq, bu gün müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, mərhum Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 3-cü kurs tələbəsiydi.










