Bakıda yağış yağacaq, şimşək çaxacaq – HAVA PROQNOZU

Bakıda yağış yağacaq, şimşək çaxacaq – HAVA PROQNOZU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda və Abşeron yarımadasında sentyabrın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Tribuna.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacaq. Yarımadanın ayrı-ayrı ərazilərində qısamüddətli şimşək çaxacağı ehtimal olunur.

Şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 15-19° isti, gündüz 24-27° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz 55-65% təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bununla belə, gündüz bəzi yerlərdə qısamüddətli leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 25-29° isti, dağlıq ərazilərdə gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.