Bakıda sakinlər illərdir bu problemlə üz-üzədir

Bakıda sakinlər illərdir bu problemlə üz-üzədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayonunun Pirşağı qəsəbəsində, Əjdər Məlikov küçəsində yaşayan sakinlər uzun müddətdir məişət tullantılarının toplanması üçün zibil konteynerlərinin olmadığını deyirlər. Onların sözlərinə görə, bu səbəbdən tullantılar boş əraziyə atılır.

 Tribuna.az xəbər verir ki, sakinlər bildirirlər ki, isti havalarda ərazidə kəskin qoxu yaranır, külək əsəndə isə zibillər ətrafa, hətta həyətlərə qədər yayılır.

Şikayətçilərin sözlərinə görə, tullantıların toplandığı yer sahibsiz itlərin məskəninə çevrilib və bu da uşaqlar üçün təhlükə yaradır. Onlar iddia edirlər ki, yaxın vaxtlarda azyaşlılardan biri küçə itinin hücumuna məruz qalaraq xəsarət alıb.

Ərazi sakinləri əlavə edirlər ki, zibillik dəmir yolu xəttinin yaxınlığında yerləşdiyindən bu mənzərə həm yerli sakinlər, həm də paytaxta gələn qonaqlarda xoşagəlməz təəssürat yaradır.

Milli.Az