Bakıda piyada keçidində ağır qəza – ANBAAN VİDEO

Bakıda piyada keçidində ağır qəza – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt ərazisində piyada keçidində baş vermiş ağır qəzanın görüntüləri yayıb.

NİİM-dən Tribuna.az-a bildirilib ki, qaydaya əməl edib, piyada keçidindən istifadə edən piyadanı, baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil vurub.

Məlumata görə, hadisə bu ayın 2-də Koroğlu Rəhimov və Həsən Əliyev küçələrinin kəsişməsində qeydə alınıb.

“Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bir daha sürücü və piyadaları yollarda diqqətli olmağa çağırır”, – NİİM-dən bildirilib.