Bu gün səhər saatlarında Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində marşrut avtobusu ilə yük avtomobili toqquşub.
107 saylı xətt üzrə hərəkət edən iritutumlu avtobus eyni istiqamətdə olan yük maşınına arxadan çırpılıb.
Nəticədə avtobusa ciddi zərər dəyib. Hadisə vaxtı avtobusda sərnişin olmadığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.//Qafqazinfo









