İranda baş verən müharibə artıq başladığı gündən region üçün böyük təhlükə yaratdı. Əgər bu səbəbdən Bakı səmasında bir həyəcan siqnalı verilərsə insanların evakuasiyası üçün sığınacaqlarımız varmı? Məncə çox az.
Tribuna.az xəbər verir ki, bu barədə əmlka məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib. O qeyd edib ki, ölkədə belə gizlənmə yerlərinin olmaması olduqca narahatedicidir:
“Metrostansiyalar və yeraltı keçidlər evakuasiya üçün müvəqqəti sığınacaq ola bilər. Amma bu yalnız mərkəzdə yaşayanlar üçündür.

Bəs yeni tikili binaların avtoparkları sığınacaqlar üçün yararlıdırmı? O da tam deyil. Həyət evlərində yaşayanlar üçün isə bu tip hadisələrdə sığınacaq yerləri ümumiyyətlə yoxdur. Niyə bu tip fors-major hadisələrə hazır deyilik ?
Hansısa hadisənin baş verdiyini gözləmək lazım deyil. Regionda gərginlik var. Ölkəmizdə sabitlikdir, lakin qonşuda baş verənlər təbii olaraq insanları qorxuya salır və ilk verilən sual belə saxlanc yerlərinin olub-olmaması ilə bağlıdır. Təəssüf edirəm ki, nə yeni tikililərdə, nə köhnələrdə, nə ümumilikdə şəhərdə belə saxlanc yerləri yoxdur”.
Gülşən Rəsul









