Bakıda 6 nəfər 34 yaşlı qadını döyüb

Bakıda 6 nəfər 34 yaşlı qadını döyüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda 34 yaşlı qadın bir neçə nəfərin hücumuna məruz qalaraq ağır xəsarət alıb.

Tribuna.az “Report”a istinadən xəbər verir ki, hadisə “20 Yanvar” stansiyasının yanında baş verib.

1989-cu il təvəllüdlü Həbillayeva Pərvanə Məmməd qızı bildirib ki, tanımadığı 6 nəfər tərəfindən döyülüb.
Ağır bədən xəsarətləri alan qadın təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb
Müayinə zamanı ona sağ almacıq sümüyünün sınığı və üz-baş nahiyələrinin hematoması diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.