“Azərişıq” ASC daim sərhədçilərimizin yanındadır VİDEO

“Azərişıq” ASC daim sərhədçilərimizin yanındadır VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi “Azərişıq” ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Bu barədə Tribuna.az-a “Azərişıq” ASC-dən məlumat verilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən, işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.