AZƏRBAYCANIN TEHRANDAKI SƏFİRLİYİNƏ BASQIN EDƏN ŞƏXS SAXLANILIB

AZƏRBAYCANIN TEHRANDAKI SƏFİRLİYİNƏ BASQIN EDƏN ŞƏXS SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tehran polis komandiri bildirib ki, Azərbaycanın Tehrandakı səfirliyinin binasına basqın edən şəxs hadisədən dərhal sonra polis tərəfindən saxlanılıb.

Tribuna.az “Mehrnews”a istinadən xəbər verir ki, İran paytaxtının polis rəisi briqada generalı Rəhimi cümə günü səhər saatlarında səfirliyin əməkdaşlarından biri səfirliyə daxil olarkən Azərbaycan səfirliyinə odlu silahla daxil olan şəxsin həbs edildiyini açıqlayıb.

“Bu şəxs bu gün səhər saatlarında Azərbaycan səfirliyinə odlu silahla (AK-47 tüfəngi) daxil olub. Onun hücumu nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb”, – Rəhimi bildirib.

“Polis əməkdaşlarının çevik tədbirləri nəticəsində hücum edən şəxs dərhal tutularaq istintaqa cəlb edilib”.

Hücum edən şəxsin iki azyaşlı uşağı ilə səfirliyə girdiyini deyən Tehran polis rəisi əlavə edib: “İlkin araşdırmalar hücumçunun motivinin şəxsi və ailə problemləri olduğunu göstərir”.