Azərbaycanda qadının qızının ölümünə səbəb olduğu qəza – ANBAAN VİDEO

Azərbaycanda qadının qızının ölümünə səbəb olduğu qəza – ANBAAN VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndi ərazisindən keçən hissəsində baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

Tribuna.az xəbər verir ki, ilkin ehtimala əsasən, hadisə sürücünün diqqətinin mobil telefona yönəlməsi səbəbindən baş verib.

Paytaxt sakini Vəfa Əliyeva idarə etdiyi “Hyundai” markalı avtomobillə hərəkətdə olarkən qarşıda gedən Qazax rayon sakini Əhliman Mustafayevin idarə etdiyi yük avtomobili ilə toqquşub.

Qəza nəticəsində Vəfa Əliyevanın qızı, 2007-ci il təvəllüdlü Əliyeva Ayla Osman qızı həyatını itirib./Ölkə.az