Azərbaycanda neçə vegetarian var? – RƏSMİ

Azərbaycanda neçə vegetarian var? – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda vegetarian və ya veqan həyat tərzi sürən şəxslərin dəqiq sayı maraq doğurur.

Bəs ölkəmizdə rəsmi olaraq neçə vegetarian var?

Tribuna.az  məsələ ilə bağlı Dövlət Statistika Komitəsinə sorğu ünvanlayıb.

Komitənin tərəfindən bildirilib ki, vətəndaşların pəhriz üstünlükləri və vegetarianların sayı ilə bağlı göstəricilər qurumun müşahidə siyahısına daxil edilməyib.

Rəsmi cavabda qeyd olunur:

“Sorğu olunan məlumatlar Dövlət Statistika Komitəsi tərəfindən müşahidəsi aparılan göstəricilər siyahısına daxil deyil”.

Bu səbəbdən də ölkə üzrə vegetarianların və ya veqanların sayı ilə bağlı hər hansı dövlət stasiyası və ya rəsmi hesabatı mövcud deyil.

Qeyd edək ki, dünya təcrübəsində isə vəziyyət fərqlidir. Bir sıra ölkələrdə vegetarian və veqanların sayı müxtəlif sorğular vasitəsilə öyrənilir. Məsələn, “Our World in Data”nın məlumatlarına görə, 2018-ci ildə 28 ölkəni əhatə edən Ipsos sorğusunda iştirakçıların 5 faizi özünü vegetarian, 3 faizi isə veqan kimi təqdim edib. Hindistanda isə vegetarian olduğunu bildirənlərin payı təxminən hər beş nəfərdən birinə çatıb.

Daha yeni beynəlxalq məlumatlarda da ölkələr arasında ciddi fərqlər görünür. Məsələn, 2025-ci ildə yayımlanan “Vegan Society” hesabatında Hindistanda vegetarianların payı 30 faiz, Meksikada 19 faiz, İsraildə 13 faiz göstərilib. Eyni mənbədə Böyük Britaniyada vegetarianların payı 10 faiz, Almaniyada isə 10 faiz olaraq qeyd olunur.

Almaniyanın 2024-cü il Qidalanma Hesabatına əsasən isə ölkə əhalisinin 8 faizi vegetarian, 2 faizi veqan olduğunu bildirib.