AZƏRBAYCANDA BU İŞLƏR GÖRÜLMƏSƏ… – EKSPERTDƏN MÜHÜM  TƏKLİFLƏR

AZƏRBAYCANDA BU İŞLƏR GÖRÜLMƏSƏ… – EKSPERTDƏN MÜHÜM TƏKLİFLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın alternativ-bərpaolunan enerji istehsalı mərkəzlərindən birinə çevrilməsi, bunun üçün xarici və yerli investisiyaların cəlb edilməsi, hətta Qara Dənizin altı ilə Runıniyaya yüksək gərginlikli elektrik xəttinin çəkilişinin planlaşdırılması olduqca gözəl fikirdir. Ancaq pararlel olaraq məmləkətdə bu sahədə ciddi mütəxəssislər yaranmasa və detalların istehsalı, proqram təminatı ilə bağlı yerli müəssisələr olmasa, bir müddətdən sonra bu sahədə də xaricdən ciddi asılılığımız yaranacaq.

Tribuna.az yazır ki, bu fikirlərlə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib. O bildirib ki, bu sahədə istehsal texnologiyaları, proqram təminatı, detalların istehsalında lider ölkələr var – onların da marağındadır ki, inkişaf etməkdə olan ölkələri “bərpaolunan enerji iynəsinə” otuzdursunlar:

“Enerji bizim ərazidə istehsal olunub xaricə valyuta ilə satılsa da, sonradan həmin valyutanın böyük bir hissəsi xarici mütəxəssislərə maaş kimi, avadanlıq istehsalçılarına və proqram təminatçılarına ödəniş kimi geri, elə həmin inkişaf etmiş ölkələrin şirkətlərinə ödəniləcək.
Bu gün Qərbin inkişaf etməkdə olan ölkələrdən necə neft-qaz asılılığı varsa, sabah neft-qaz ölkələrinin də onlardan avadanlıq, detal, proqram təminatı və mütəxəssis asılılığı yaranacaq”.

N.Cəfərli bildirib ki, bu sahədə ixtisaslaşmış böyük və nüfuzlu xarici Universitetlərin məmləkətdə filialları açılmalı, müasir kampusları, labaratoriyaları olan, bilikli müəllimlər dərs deyən Ali Məktəblər yaradılmalıdır:

“Pararlel olaraq xarici tərəfdaşlarla birgə istehsal müəssisələri qurulmalı, həmin zavod-fabriklər dövlət tərəfindən uzunmüddətli və çox aşağı faizli kreditlərlə təmin edilməlidir.
Əgər bu işlər pararlel olaraq görülməsə, Azərbaycanın bərpaolunan-alternativ enerji sevdası məmləkət üçün valyuta qazanan deyil də, növbəti dəfə valyuta çıxaran, asılılıq yaradan sahəyə çevriləcək”.