Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan mayın 19-da Rusiya tərəfinin ev sahibliyi ilə Moskvada görüşəcəklər.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan məlumat verib.
“Rusiya tərəfinin qonaqpərvərliyi ilə mayın 19-da (Moskva) Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüş planlaşdırılır”, – XİN-in sözçüsü bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova ötən gün Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Moskvada keçiriləcək görüşünün təşkilini açıqlayıb və tarixlərin daha sonra açıqlanacağını qeyd edib.









