AZƏRBAYCAN VƏ ERMƏNİSTAN BEYNƏLXALQ ƏDALƏT MƏHKƏMƏSİNDƏ ÜZ-ÜZƏ…

AZƏRBAYCAN VƏ ERMƏNİSTAN BEYNƏLXALQ ƏDALƏT MƏHKƏMƏSİNDƏ ÜZ-ÜZƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Qarabağda qeyri-qanuni iqtisadi fəaliyyəti nətcəsində Azərbaycanın ekologiyasına vurduğu böyük ziyanı açıq şəkildə nümayiş etdirib. Keçirilən dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi, xarici işlər nazirinin müavini Elnur Məmmədov dinləmədə Laçın yolunun bağlı olmasını təkzib edib.

Tribuna.az-ın məlumatına görə, bu barədə məlumat paylaşan politoloq Yeganə Hacıyeva bildirib ki, dinləmələrdə Azərbaycan tərəfinin nümayəndəsi Laçın yolunun guya bağlanması ilə bağlı bütün xəbərlərin reallığa uyğun gəlmədiyini, yolboyu hərəkətin sərbəst olduğunu deyib:

“Yolun özünə isə Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları nəzarət edir. Yolda azərbaycanlı ekoloqların dinc etiraz aksiyası keçirilir.
Xarici işlər nazirinin müavini Elnur Məmmədov qeyd edib ki, İrəvan dinc aksiyadan istifadə edib Azərbaycanla sülh sazişi üzrə danışıqlara təsir göstərməyə çalışır”.

Tribuna.az