Azərbaycan Məkkə konvensiyasına qoşulub

Azərbaycan Məkkə konvensiyasına qoşulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub.

Tribuna.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Qeyd edək ki, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının Korrupsiya əleyhinə Konvensiyasını (UNCAC), BMT-nin Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Konvensiyasını, Avropa Şurasının Korrupsiya ilə əlaqədar Mülki Hüquq və Cinayət Hüququ Konvensiyalarını ratifikasiya edib.`