AZƏRBAYCAN BEYNƏLXALQ BANKI MÜŞTƏRİNİ BELƏ AVARA QOYDU… ŞİKAYƏT

AZƏRBAYCAN BEYNƏLXALQ BANKI MÜŞTƏRİNİ BELƏ AVARA QOYDU… ŞİKAYƏT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətim Azərbaycan Beynəlxalq Bankındandı. Kredit götürdük 6000 AZN, bizə 300 manatlıq tam kart verildi, həm kredit kartı, həm debet. Kartı 3 aydır aktivləşdirməyə kömək etmirlər! Tətbiqdə xəta baş verir, bankomat xidmət göstərmədiyini bildirir!

Tribunnainfo.az xəbər verir ki, şikayəti barədə vətəndaş Nərgiz Aşurbəkova sosial şəbəkədə məlumat paylaşıb. O bildirib ki, bank ona kömək etmir, bank əməkdaşları kobud rəftar edərək problemin həllinə çalışmırlar:

“Çağrı mərkəzi ilə əlaqə saxlanılan zaman mənə məlumat verilir ki, kredit ödənişinizi e-manat və ya milliÖn terminallarında edə bilərsiniz, bunun üçün sadəcə kart nömrənizi daxil etməyiniz yetərlidir və biz bu sözlərə əsasən ödənişi bu dəfə terminal ilə edirik, amma vəsait gedir oturur kredit xəttində. Bu azmış kimi gecikməyə də düşürük. Müraciət edirəm çağrı mərkəzinə, operatorlar kobud şəkildə və səs tonlarını qaldıraraq cavab verirlər.
Deyirəm, yaxşı, kredit xətti 300 deyil, 300 də artıq ödədiyim şəxsi vəsaitimdi, onu da köçürün kredit borcuma. Bununla da razılaşmırlar. Təklif elədikləri yalnız filiala yaxınlaşın, kartı aktivləşdirindir. Heç kart da aktiv deyilmiş, necə aktivləşdirmək lazımdır o da bəlli deyil.
Deyirlər gəlin aktivləşdirin və sonra öz şəxsi vəsaitimi yalnız 50% nağdlaşdırılma edə bilərəm. Hələ üstəlik 1,5% şəxsi vəsaitimi nağdlaşdırmaq üçün komissiya da ödəməliyəm.
Bu bankda keyfiyyətə nəzarət sıfır, xidmət sıfır, gevənlik sıfırdır”.

Tribunnainfo.az