“Azərbaycan üçün 4 günlük iş həftəsinə keçid hələ tezdir. Bu indi baş verərsə, maddi nemətlər istehsalı kəskin aşağı düşə bilər”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Qazaxıstanın 4 günlük iş həftəsinə keçidlə bağlı qəbul etdiyi qanunun ardınca Azərbaycanın da anoloji addım atması ehtimalını şərh edərkən deyib.
Ekspert bildirib ki, hazırda nə Azərbahycan, nə də Qazaxıstan buna hazırdır:
Hazırda nə Azərbahycan, nə də Qazaxıstan buna hazırdır. Bunun üçün maddi nemətlər istehsalında insan əməyinin müdaxiləsinin həcmi 30-40 faizə düşməlidir. Azərbaycan və Qazaxıstanda hazırda bu rəqəm 80 faizin üstündədir. Yəni demək olar ki, kustar əməklə məşğuluq. Ona görə də düşünürəm ki, indiki halda Qazaxıstan və Azərbaycan kimi ölkələr 4 günlük iş həftəsinə keçsə, bu vəziyyət ölkələrin maddi nemətlər istehsalında ciddi problemlər yaradacaq. Çünki həmin sənaye texnologiyası hələlik nə Azərbaycanda, nə də Qazaxıstanda var”.
Qeyd edək ki, Qazaxıstan parlamenti 4 günlük iş həftəsinə keçidlə bağlı qanun qəbul edib. Qanun iyul ayından tətbiq edilməyə başlayacaq. Qanuna görə, zəruri hallarda müəssisələr 4 günlük iş həftəsi tətbiq edə bilər.









