Yaponiyada yerləşən kosmos şirkəti tərəfindən istehsal edilən və Aya göndərilən kosmik gəminin Ay səthinə enərkən qəzaya uğramış ola biləcəyi bildirilib.
Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Tokioda yerləşən kosmos şirkəti “Hakuto-R” kəşfiyyat proqramı çərçivəsində hazırlanmış və aprelin 26-da Ayın səthinə enməsi planlaşdırılan kosmik gəminin taleyini şübhə altına alır.
Təmas kəsilmədən əvvəl qeydə alınan məlumatlarda kosmik gəmidəki yanacağın tükənməyə yaxın olduğu və eniş sürətinin getdikcə artdığı bildirilir.









