ABŞ və İran atəşkəs rejimini daha 60 gün uzadılmasında razılığa gəlsələr də, bu əməldə müşahidə olunmur.
Tribuna.az xəbər verir ki, dünən SEPAH ABŞ-ın bölgədəki gəmilərinə raket hücumu edib.
Belə ki, İran ordusu Oman dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus esmineslərə xəbərdarlıq atəşi açıb. Ordunun İctimaiyyətlə Əlaqələr Departamentinin yaydığı bəyanatda bildirilir ki, əməliyyat ABŞ tərəfindən həyata keçirilən “dəniz təqibləri, müdaxilələr və ticarət gəmilərinin, eləcə də neft tankerlərinin ələ keçirilməsi”nə qarşı tədbirlərin davamı çərçivəsində həyata keçirilib.
ABŞ da boş oturmayıb. Tribuna.az xəbər verir ki, CETRCOM İranın Goruk və Qeşm adalarındakı radar obyektlərinə zərbələr endirib. Bundan başqa, SEPAH-ın raket bazalarına hücumlar təşkil edib.
Fərda Uğur









