ARTAŞES XALATYAN: “VARDANYANIN QARABAĞA GƏLİŞI İQTISADİ VƏ SİYASİ MOTİVLƏRLƏ BAĞLIDIR”

ARTAŞES XALATYAN: “VARDANYANIN QARABAĞA GƏLİŞI İQTISADİ VƏ SİYASİ MOTİVLƏRLƏ BAĞLIDIR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Qarabağda təhlükəli və həlledici vəziyyət yaranıb. Bölgənin “konstitusiya kursu”ndan kənara çıxması təhlükəsi var”. Tribuna.az xəbər verir ki, bu sözlərin müəllifi hüquq məsələləri üzrə ekspert Artaşes Xalatyandır.
O, Ermənistanda nəşr olunan “Haykakan Jamanak” qəzertinə müsahibəsində deyib ki, Ruben Vardanyanın gəlişi və separatçıların rəhbəri Arayik Harutyunyanynın anlaşılmaz davranışı nəticəsində indiki “konstitusiya arxitekturası”na ciddi təhlükə yaranıb. “Çünki Vardanyan hakim siyasi komandanı təmsil etmir, ictimai hüquqi legitimliyi yoxdur. Lakin eyni zamanda ona “dövlət naziri” kimi səlahiyyətlər verilib ki, bu da həmin vasitələri onları üstələyir”.
Xalatyanın sözlərinə görə, bu işdə separatçıların başçısı Araik Harutyunyanın davranışı da çaşdırıcıdır. “Bu, çox təhlükəlidir. Çünki Qarabağ subyektivliyin mühüm komponentindən: legitim, konstitusiya mövcudluğundan məhrum ola bilər. Bunun nəticəsi olaraq, bu gün Qarabağda ikili hakimiyyət formalaşa bilər. Nəticədə, Ruben Vardanyan “dövlətin başçısı”, Arayik Harutyunyan isə “konstitusiya legitimliyi” ilə başçılıq edir. Bu da anarxiyaya gətirib çıxara bilər. Bu kontekstdə mən Qarabağda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı müxtəlif dairələrin yaratdığı söhbətləri ikiqat təhlükəli hesab edirəm”.
Erməni hüquqşünasın fikrincə, Qarabağda baş verən hadisələr və siyasi keçid qeyri-müəyyənlik və müəyyən məxfilik içərisindədir ki, bu da qəbuledilməzdir. “Aydındır ki, Vardanyanın gəlişi müəyyən iqtisadi və siyasi motivlərlə bağlıdır və o, Rusiya hakimiyyətinin müəyyən nüfuzlu və ya hakimiyyətə yaxın dairələrini təmsil edir. Qarabağdakı hazırkı vəziyyətin məlum geosiyasi və iqtisadi səbəblərdən başqa, həm də Qarabağ və Rusiyanın oliqarx dairələrinin mədənçilik sahəsində fikir ayrılıqları ilə bağlı olduğu barədə şayiələr dolaşır. Məlum olduğu kimi, Qarabağın mədən sənayesi nüfuzlu oliqarxlarının və “hökumətə” yaxın şəxslərin nəzarəti altındadır”.

Tribuna.az