Arıqlama prosesində ən çox rast gəlinən problem ödemdir. Bədəndəki artıq mayeni saxlayan, duzun xaric edilə bilməməsi nəticəsində yaranan ödem bir çox insanda şişkinlik hissi yaratmaqla yanaşı bir çox problemə də səbəb ola bilər. Bədən su tutduqda əllər və ayaqlar şişir. Arıqlamaq istəyənlər mütləq bədənlərindəki bu ödemlərdən xilas olmalıdırlar.
Tribuna.az Haber Türk-ə istinadən ödemi aradan qaldıran 11 möcüzəvi qidanı təqdim edir.
ANANAS
Bədəndəki ödemdən xilas olmaq və asanlıqla arıqlamaq istəyirsinizsə, axtardığınız həll ananasdır! Qış mövsümündə çəkidən xilas olmaq istəyənlərin ilk ünvanı Malayziyanın dünyaca məşhur meyvəsi olan ananasdır. Dünyanın ən məşhur meyvələrindən biri olan ananas lifli quruluşu sayəsində yağ yandırılmasını sürətləndirir. Eyni zamanda güclü antioksidant xüsusiyyətləri ilə dəriyə gənc və hamar görünüş bəxş edir.
Yüksək qida dəyəri və C vitamini sayəsində aterosklerozdan qəbizliyə qədər bir çox xəstəliyə şəfa verən ananas xəstəliklərin mənbəyi olan sərbəst radikalları tarazlaşdıraraq orqanizmi mümkün xəstəliklərdən qoruyur.
Ananasın tərkibindəki “bromelain” iltihabın qarşısını alır və ödem səbəbiylə şişkinliyi azaldır. Zülalların və karbohidratların həzmini sürətləndirir, daha çox kalori yandırmağa imkan verir.
ROZMARİN
Səhhətinizdə heç bir problem yoxdursa, rozmarin, gicitkən, albalı gövdəsi kimi otlardan çay içmək də ödemin aradan qaldırılmasında faydalı ola bilər. Rozmarin tərkibindəki taninlər, acı maddələr, üzvi turşular, qlikozidlər və efir yağları qan dövranını sürətləndirir və ödemi aradan qaldırır.
CƏFƏRİ
Yaşıl yarpaqlı tərəvəzlər şişkinliyi azaltmağa və ödeminizi yox etməyə kömək edə bilər. Səhər yeməyinizdə qaynadılmış yumurta və ya hazırladığınız salatın içərisinə cəfəri əlavə edə bilərsiniz.
ƏRİK
Kaliumla zəngin qidalar bədəndəki mayelərdə natrium-kalium balansının saxlanmasına kömək edərək ödemə qarşı təsirlidir. Gündə orta hesabla 3-4 ədəd kaliumla zəngin olan ərik yesəniz ödemin aradan qaldırılmasını asanlaşdırarsınız.
KİVİ
KİVİ vitamin deposudur. Hətta limondan daha çox C vitamini ilə zəngindir. Kivinin tərkibində olan pektin maddəsi toksinləri təmizləyir və ödemin miqdarını azaldır.
BANAN
Tərkibində kalium olan banan ödemi aradan qaldıran başqa bir ideal meyvədir. Bədənin təbii şəkər ehtiyacını qarşılayan bananın digər bir sirri də bədənə xoş qoxu verməsidir.
XİYAR
Hər zaman suya ehtiyacı olan bədənimiz üçün xiyar çox vacibdir. Tərkibində yüksək su olan xiyar gündəlik su ehtiyacını ödəməyə kömək edir, eyni zamanda mədəni rahatladır.
QARAGİLƏ
Tərkibində A, B, C vitaminləri və yüksək lif olan qaragilə həzm sisteminin nizamlı işləməsinə kömək edir və beləliklə qəbizliyin qarşısını alır. Həzmi sürətləndirdiyi üçün ödemi aradan qaldırmaqda da çox faydalıdır.
YAŞIL ÇAY
Pəhriz dedikdə ilk ağıla gələn yaşıl çay həm ödem əleyhinə xüsusiyyətə malikdir, həm də bədən sağlamlığına faydalıdır. Ancaq gündə bir fincandan çox yaşıl çay içmək ürək döyüntüsünə səbəb ola bilər. Buna görə də çalışın az istifadə edin.
QATIQ
Detoks dedikdə ilk ağıla gələn qatıq, ödemə səbəb olan qidaların başında gəlir. Qatığın tərkibində olan faydalı bakteriyalar olan probiotiklər bədəndəki ödemi aradan qaldırır. Səhər yeməyində bir kasa yağsız qatığa üstünlük vermək ödemin aradan qaldırılmasına tez təsir edir.
SÜD MƏHSULLARI
Tərkibindəki zəngin kalsium sayəsində süd, pendir, qatıq və kefir bədən mayelərində mineral tarazlığı təmin edərək ödem əmələ gəlməsinin qarşısını alır. Hər gün orta hesabla 2-3 porsiya (təxminən 2-3 stəkan) süd məhsulları istehlak etmək həm sağlam qidalanma, həm də ödemin qarşısını almaq üçün çox vacibdir.









