ARAİK XANKƏNDİDƏN ÇIXA BİLMİR, YENƏ “STATUS”DAN DƏM VURUR

ARAİK XANKƏNDİDƏN ÇIXA BİLMİR, YENƏ “STATUS”DAN DƏM VURUR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağdakı separatçıların “lideri” Araik Arutyunyan qeyd edir ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatla Dağlıq Qarabağın beynəlxalq statusu mövzusunun bağlanması ilə bağlı heç bir razılaşma olmayıb.

Tribuna.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Harutyunyanın sözlərinə görə, heç kim unutmamalıdır ki, münaqişə Dağlıq Qarabağın statusu ilə bağlı mübahisə nəticəsində yaranıb və bu münaqişə əvvəldən bütün sivil dünya tərəfindən tanınıb.

Onun sözlərinə görə, “Azərbaycanın nəinki Üçtərəfli Bəyannamənin müddəalarını kobud şəkildə pozması, eyni zamanda BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin məcburi qüvvəyə malik qərarlarını yerinə yetirməməsi qəbuledilməz və təəssüf doğurur. Odur ki, qeyd olunan öhdəliklərin dərhal və tam yerinə yetirilməsi üçün beynəlxalq ictimaiyyətin bütün məsul subyektlərindən Azərbaycana lazımi təzyiq göstərməyi əsaslı gözləntimizdir”.