“ARAİK İRƏVANA QAÇACAQ, YOXSA XANKƏNDİDƏ MEYİTİ TAPILACAQ” – EKSPERT

“ARAİK İRƏVANA QAÇACAQ, YOXSA XANKƏNDİDƏ MEYİTİ TAPILACAQ” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə son aylarını, bəlkə də son günlərini yaşayan kukla rejimin təlxək başçısı Araik Aryuntunyan “müqavimət hərəkatı” elan edib. Bu sarsaq qurumun başıpozuq lideri Laçın yolunda yoxlanış məntəqəsi qurulmasına görə, erməni əhalisini mübarizəyə və birliyə səsləyib. Getdikcə halqası daralan separatçılar son akkordlarını vurur ki, onlara da nə BMT, nə Rusiya, nə Qərb ciddi surətdə əhəmiyyət verir.

Tribuna.az-a danışan siyasi ekspert Fuad Əliyev bildirib ki, Araik tezliklə İrəvana qaçacaq. Onun sözlərinə görə, Araik Paşinyanın adamıdır və Ermənistan bir müddət sonra ona Qarabağı tərk etmək təlimatı verəcək: “Nə Rusiya, nə Ermənistan, nə Fransa və ABŞ Araik kimi qulduru əlimizdən axıra qədər qoruya bilər. Bu adam terrorçudur, Azərbaycan onu beynəlxalq axtarışa verib, özü Gəncə terrorunun məsuliyyətini üzərinə götürüb və belə olan halda qondarma qurumun başçısı Xankəndidə ömürlük sülənə bilməz. Onun Xankəndidən ya meyiti çıxacaq, ya da nə qədər gec deyil, başını götürüb qaçsın”.

Tribuna.az