ANDRANİK KÖÇƏRYAN BRÜSSELDƏKİ DANIŞIQLARDAN: “NƏTİCƏLƏRƏ TƏLƏSMƏYİN”

ANDRANİK KÖÇƏRYAN BRÜSSELDƏKİ DANIŞIQLARDAN: “NƏTİCƏLƏRƏ TƏLƏSMƏYİN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Andranik Köçəryan qeyd edib ki, Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanımalıdır.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistan Parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyasının rəhbəri, “Mülki Müqavilə” partiyasından olan deputat Andranik Köçəryan hesab edir ki, Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşündən tələsik nəticə çıxarmaq olmaz.

O, bu barədə parlamentdə jurnalistlərə müsahibəsində bildirib.

Qeyd edək ki, Mayın 14-də Belçikanın paytaxtında İlham Əliyev, Nikol Paşinyan və Şarl Mişel arasında danışıqlar olub . Görüşdən sonra tərəflər bir-birinin ərazi bütövlüyünün tanınmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.