AKŞENERDƏN ƏRDOĞANA REAKSİYA: “BİZ HEYVANIQ ,YOXSA BİTKİ?”

AKŞENERDƏN ƏRDOĞANA REAKSİYA: “BİZ HEYVANIQ, YOXSA BİTKİ ?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İYİ Partiya lideri Ərdoğanın “Biz Ələvilərə hörmət edirik, bütün növlərə hörmət edirik” sözlərinə reaksiya verərək “Bu nə qədər hörmətsizlikdir. Biz heyvanıq, yoxsa bitki? Biz Allahın yaratdığı qullarıq” deyib.

Tribuna.az “Gazete Duvar”a istinadən xəbər verir ki, İYİ Partiya sədri Meral Akşener Nevşehirdə çıxış edib.

O, çıxışı zamanı bildirib ki, “Bir-birinə düşmən olan dil var. Mən onu rədd edirəm. Məsələn, dünən cənab Ərdoğan Ankarada “Biz ələvilərə hörmət edirik, bütün növlərə hörmət edirik” dedi. Bu necə də hörmətsizlikdir. Biz insanıq, insan. Növ nə deməkdir? Mən bütün psixiatrları bu dostları müayinə etməyə dəvət edirəm. Dövləti belə idarə etmək olmaz”.