Avropa Komissiyası bu məsələ ilə bağlı şərh verməkdən imtina edib.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir kiz, Avropa İttifaqı Rusiyaya texniki avadanlıq satdığı iddia edilən Çin şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək təklifini nəzərdən keçirir.
Aİ ölkələrinin səfirlərinin mayın 10-da müzakirə etmək niyyətində olduqları növbəti, 11-ci anti-Rusiya sanksiyalar paketinə yarımkeçiricilər, mikroçiplər və digər elektron məhsullarla məşğul olan 7 Çin şirkəti daxildir.
Bunlar, xüsusən, iki materik Çin şirkəti – 3HC Semiconductors və King-Pai Technology, həmçinin Sinno Electronics, Sigma Technology, Asia Pacific Links, Tordan Industry və Alpha Trading Investments daxil olmaqla beş Honq Konq şirkətidir.
Çin şirkətləri ilə yanaşı, eyni səbəblərə görə Ermənistanda bir və bir neçə şirkətə – Birləşmiş Ərəb Əmirlikləri və Suriyada sanksiyaların tətbiqi planlaşdırılır.
Qeyd edək ki, bu barədə Avropa Komissiyası şərh verməkdən imtina edib.
Xtırladaq ki, Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Josep Borrel fevralın 21-də Brüsseldə keçirdiyi mətbuat konfransında Komissiyanın ofisinin rəhbəri Vanq Yi ilə söhbəti zamanı Çinə Rusiyanın silah tədarükünün qəbuledilməzliyini bildirmişdi.









